Karbamid SOCAR Marka B (N46,3%, 40 kg)

  • Tərkib: 46,3% N
  • Qablaşdırma: 40 kq-lıq kisə
  • İstehsalçı ölkə : Azərbaycan Respublikası
  • İstehsalçı şirkət : Socar
Категории: , Теги: ,
Karbamid Socar – azot tərkibli olduğu üçün meyvə ağacları, tərəvəzlərdə, bostan bitkilərində istifadə olunur. Bitkilərin böyüməsində və məhsuldarlığın yüksək olmasında azotun rolu böyükdür.
Bu gübrə torpaqda asan həll edilməsi ilə seçilir.
Karbamid gübrəsi ammonium nitratdan (selitra) daha çox azota malikdir. Onun tərkibində 46% azot elementi var.
Karbamid gübrəsi əsasən erkən yaz vaxtı əlavə yemləmələrdə, səpinlə birgə və bütün növ bitkilərin vegetasiya dövründə tətbiq edilir.
Karbamidin tərkibində azot yüksək faizdə olduğu üçün bitkilərdə yaşıl kütlənin artımına xidmət edir. Beləliklə də, məhsuldarlığa və məhsulun keyfiyyətinə effektiv təsir edir.