Kalium sulfat gübrəsi meyvə, tərəvəz və çiçəklər üçün 18% kükürd ehtiva edən suda həll olunan kalium mənbəyidir.
Bu gübrə meyvə-tərəvəzlərin formalaşmasına, böyüməsinə, keyfiyyətinə, nişastanın və şəkərin toplanmasına və məhsuldarlığın yüksəlməsinə səbəb olur.
Tərkibində xlor yoxdur, xlora həssas olan bitkilər üçün optimal gübrədir.
Aşağı duz indeksinə malikdir, bütün növ torpaqlara uyğundur.
Bitkilərin stresə davamlılığını (quraqlıq, şaxta), həşəratlara və xəstəliklərə qarşı müqavimətini artırır.